Türkiyə klubu baş məşqçini təyinatından 4 saat sonra istefaya göndərib

2-06-2019, 09:36           
Türkiyə klubu baş məşqçini təyinatından 4 saat sonra istefaya göndərib
Türkiyənin “Kasımpaşa” klubunda İbrahim Üzülməz təyinatından cəmi 4 saat sonra baş məşqçi postundan istefa verib.

“Report”un məlumatına görə, bu barədə 45 yaşlı mütəxəssisin özü açıqlamasında bildirib. Üzülməz 1 illik müqaviləsinin qarşılıqlı razılıq əsasında pozulduğunu söyləyib: “İmzalanma mərasimindən sonra növbəti mövsümə hazırlıqla bağlı müzakirələrimizdə fikir ayrılığı yaşadıq. Bu səbəbdən, “Kasımpaşa” ilə yollarımızı ayırdıq. Hər kəs üçün xeyirlisi olsun”.

Qeyd edək ki, İbrahim Üzülməz baş məşqçi postunda əvvəllər “Xəzər Lənkəran”da da çalışmış Mustafa Dənizlini əvəzləmişdi. “Kasımpaşa” 2018/2019 mövsümündə Türkiyə Super Liqasını 39 xalla 14-cü pillədə başa vurub.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru