Azərbaycanda daha bir nazir federasiya rəhbəri oldu

14-06-2019, 00:00           
Azərbaycanda daha bir nazir federasiya rəhbəri oldu
Bu gün Naxçıvan Muxtar Respublikası Futbol Federasiyasının yığıncağı keçirilib. Yığıncağın gündəliyində Naxçıvan Muxtar Respublikası Futbol Federasiyasının fəaliyyəti, görülən işlər, eləcə də federasiyanın yeni sədrinin seçilməsi olub.
“Yeni Sabah” xəbər verir ki, tədbirdə çıxış edən Naxçıvan Muxtar Respublikasının Gənclər və İdman naziri Azad Cabbarov qeyd edib ki, muxtar respublikada bütün sahələrdə olduğu kimi, idman sahəsində də mühüm işlər görülür. Yaradılan şəraitdən səmərəli istifadə edən gənclərin idmana marağı artıb.

Yaradılan imkanlara baxmayaraq federasiya öz işini günün tələbləri səviyyəsində qura bilməyib. Uşaq futbolunun inkişafına, onlar arasında yarışların təşkilinə və hakimlərə lazimi diqqət yetirilməyib.

Sonra rayonlarda fəaliyyət göstərən futbol məşqçilərinin fikirləri dinlənilib. Çıxışlar zamanı məşqçilər uşaq, eləcə də yeniyetmə və gənclər arasında futbolun inkişafı üçün atılacaq adımları müzakirə ediblər.

Çıxışlardan sonra iclasın gündəliyində duran məsələyə əsasən Federasiyanın sədrinin seçilməsi məsələsinə baxılıb. Gənclər və İdman naziri Azad Cabbarovun Naxçıvan Muxtar Respublikası Futbol Federasiyasının sədrliyinə namizədliyi irəli sürülüb. Təklif yekdilliklə qəbul olunub və Azad Cabbarov Naxçıvan Muxtar Respublikası Futbol Federasiyasının sədri seçilib.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru