Maradona "Dorados" klubunun baş məşqçisi vəzifəsindən istefa verib

14-06-2019, 07:46           
Maradona "Dorados" klubunun baş məşqçisi vəzifəsindən istefa verib
rgentina yığmasının heyətində dünya çempionu olmuş Dieqo Maradona Meksikanın "Dorados" futbol klubunun baş məşqçisi karyerasını başa vurub.

"Report" xarici mətbuata istinadən xəbər verir ki, bu barədə onun vəkili Matias Morla özünün "Twitter" hesabında bildirib.

Vəkilin sözlərinə görə, Maradona səhhətində yaranmış problemlərə görə "Dorados"dakı postunu tərk edib.

"Həkimlər ona sağlamlığına vaxt ayırmağı məsləhət gördülər. O, iki çiynində və dizində cərrahi əməliyyat keçirəcək", - Morla qeyd edib.

Futbol klubundan məşqçinin gedişi haqqında informasiyanı təsdiqləyiblər. "Dorados" rəhbərliyi keçmiş rəhbərinə təşəkkür edib.

Qeyd edək ki, Dieqo Maradona Meksikanın ikinci divizionunda "Dorados" futbol komandasına 2018-2019 illər mövsümündə başçılıq edib.

Maraqlıdır, sabiq argentinalı futbolçu bir neçə gün əvvəl İngiltərənin "Mançester Yunayted" futbol klubuna başçılıq etməyə hazır olduğunu bildirib.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru