“O, buna layiq olsa, revanş döyüşü keçirilə bilər” – Həbib

15-06-2019, 08:52           
“O, buna layiq olsa, revanş döyüşü keçirilə bilər” – Həbib
Yüngül çəki dərəcəsində UFC kəmərinin sahibi rusiyalı Həbib Nurməhəmmədov son döyüşdə qalib gəldiyi irlandiyalı Konor Makqreqorla revanş qarşılaşmasında maraqlı deyil.
Bunu Rusiya mətbuatına 31 yaşlı idmançını özü açıqlayıb. O bildirib ki, ABŞ-ın Las-Veqas şəhərində keçirilən UFC-229 çərçivəsində baş tutan döyüş onda mənfi təəssüratlar yaradıb.

Bu üzdən də rusiyalı eyni məkanda tamaşaçılar önünə çıxmaq istəmir: “Veqasda baş verənlər orda qaldı. Nə baş verdiyini hamı bilir. Mən qalib gəldim, onu və komandasını darmadağın etdik. Yenidən Veqasda döyüşmək istəmirəm. Makqreqoru cəzalandırdılar, məni onqat cəriməyə məruz qoydular. Söhbət pulda deyil, prosesin gedişindədir. Veqasda böyük döyüş olsa, tamaşaçı kimi ora yollanacam. Amma özüm döyüşmək istəmirəm”.

H. Nurməhəmmədov rəqibinin karyerasını bərpa edəcəyi halda, onunla döyüş ehtimalına da toxunub: “O, buna layiq olsa, revanş döyüşü keçirilə bilər. Amma hazırda mənim üçün maraqlı deyil. Revanş döyüşü nəyimə lazımdır ki?”.

APA












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru