Paul Poqbaya fantastik təklif

18-06-2019, 22:23           
Paul Poqbaya fantastik təklif
“Mançester Yunayted” yarımmüdafiəçisi Paul Poqbanı heyətində saxlamaq üçün hərəkətə keçib.

“Qırmızı-şeytanlar” fransalı yarımmüdafiəçinin maaşını artırmaq istəyir. Belə ki, klub rəhbərliyi “Real” və “Yuventus”un maraq dairəsində olan 26 yaşlı futbolçunun həftəlik 290 min funt-sterlinq (325 min avro) olan maaşını 500 min funt-sterlinqə (560 min avro) qaldırmaq niyyətindədi.

Poqba bu təkliflə razılaşsa, ildə 26 milyon funt-sterlinq (29 milyon avro) qazanacaq.

Qeyd edək ki, “Yuventus”dan “Mençester Yunayted”ə 105 milyon avroya transfer olunan Poqbanın klubla 2021-ci ilin yayınadək müqaviləsi var.(Fanat.Az)












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru