"Çelsi"nin futbolçusu çoxmilyonlu müqavilədən və avtomobillərdən imtina edib

22-06-2019, 07:54           
"Çelsi"nin futbolçusu çoxmilyonlu müqavilədən və avtomobillərdən imtina edib
"Çelsi" futbol komandasının yarımmüdafiəçisi Villian Çin çempionatında iştirakdan imtina edib.

Bu barədə "Report" "Mirror"a istinadən xəbər verir.

Bildirilir ki, "Şanxay Şenxua" oyunçu ilə maraqlanaraq, ona ildə 12 milyon avro təklif edib. Komanda həmçinin futbolçunu iki şəxsi sürücüsü olan avrtomobillərlə təchiz etməyə hazır olduğunu bildirib. Lakin Villian belə faydalı təklifdən imtina edib. Futbolçu Avropa çempionatında oynamaq niyyətindədir.

Qeyd edək ki, yarımmüdafiəçinin "Çelsi" ilə müqaviləsi növbəti ilin yayında başa çatır. O, 2018/19 mövsümündə Lonon klubunda 56 matç keçirərək 8 qol vurub, habelə 14 məhsuldar ötürmə edib.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru