KİV: Neymar PSJ-dən ayrılmaq üçün tətilə hazırlaşır

2-07-2019, 07:30           
KİV: Neymar PSJ-dən ayrılmaq üçün tətilə hazırlaşır
Fransanın PSJ futbol klubunun hücumçusu Neymar komandanı yaxın transfer pəncərəsi dövründə tərk etmək niyyətindədir.

Bu barədə “Report” “Sport.es”ə istinadən xəbər verir.

Qeyd edilir ki, oyunçu tətil etməyi planlaşdırır və klubun yay toplanışında iştirak etməyəcək. Buna səbəb Neymarın parislilərin heyətində qəti şəkildə oynamaq istəməməsidir.

Məlumata görə, futbolçu “Barselona”ya satılmasını istəyir. O, artıq klubla 5 illik müqaviləni də razılaşdırıb. Lakin PSJ kosmik məbləğdə pul ödədiyi Neymarı transfer etmək istəmir. Bundan əlavə, mövsümdə Neymarın transfer qiyməti də azalıb.

Neymar PSJ-yə "Barselona"dan dünya futbolu üçün rekord göstərici sayılan 222 milyon avroya keçib. Onun müqaviləsi 2022-ci ilin yayında başa çatacaq.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru