AVRO-2020: Ermənistan millisi darmadağın olub, 2 vəsiqənin sahibi bilinib

19-11-2019, 03:59           
AVRO-2020: Ermənistan millisi darmadağın olub, 2 vəsiqənin sahibi bilinib
AVRO-2020-nin seçmə mərhələsində daha üç qrupda mübarizəyə yekun vurulub.
D, F və J qruplarında X turun oyunları keçirilib.

D qrupunda final mərhələsinə hər iki vəsiqənin sahibi son turda bəlli olub. Autsayder Cəbəllütariqə böyük hesabla qalıb gələn İsveçrə 1-ci yerlə AVRO-2020-yə yüksəlib. İrlandiya ilə səfər matçında 1 xal qazanan Danimarka 1-ci yeri əldən versə də, final mərhələsinə vəsiqəni rəsmiləşdirib.

Digər qrupların matçları formal xarakter daşıyıb. F qrupunun qalibi İspaniya Rumıniyanı darmadağın edib. İsveç isə Farer adalarını böyük hesabla məğlubiyyətə uğradıb. Norveç isə maltalıları üstələyərək 3-cü sıraya qalxıb.

Ardıcıl 10-cu qələbə ilə seçmə mərhələdə 100 faizlik nəticəyə imza atan İtaliya son turda Ermənistanı darmadağın edib. On qolun vurulduğu matçda meydan sahibləri 9:1 hesabına seviniblər. Finlandiya isə Yunanıstan səfərində məğlubiyyət acısı yaşayıb. Bosniya və Herseqovina Lixtenşteynə böyük hesabla qalib gəlib.

Qeyd edək ki, Danimarka və İsveçrəyə qədər oyunları 12 şəhərdə, o cümlədən Bakıda keçiriləcək final mərhələsinə 17 komanda - Belçika, Polşa, Ukrayna, Rusiya, İspaniya, İtaliya, Türkiyə, Fransa, İngiltərə, Çexiya, Finlandiya, İsveç, Almaniya, Niderland, Xorvatiya, Avstriya və Portuqaliya vəsiqə qazanıb.

AVRO-2020-nin seçmə mərhələsi
X tur
18 noyabr

D qrupu
23:45. İrlandiya – Danimarka – 1:1
Doherti, 85 - Braytveyt, 73
23:45. Cəbəllütariq – İsveçrə - 1:6
Stix, 74 - İtten, 10, 84, Varqas, 50, Fazenaxt, 57, Benito, 75, Caka, 86
F qrupu
23:45. İsveç – Farer adaları – 3:0
Andersson, 29, Svanberq, 72, Quidetti, 80
23:45. İspaniya – Rumıniya – 4:0
Fabian, 8, Moreno, 33, Morata, 43, Rus, 45 (avtoqol)
23:45. Malta – Norveç – 1:2
Feneç, 40 – Kinq, 7, 67 (pen.)
J qrupu
23:45. Lixtenşteyn – Bosniya və Herseqovina – 0:3
Çiviç, 57, Hodziç, 64, 72
23:45. İtaliya – Ermənistan – 9:1
İmmobile, 8, 33, Zaniolo, 9, 64, Barella, 29, Romanyoli, 72, Jorjinyo, 74 (pen.), Orsolini, 78, Kyeza, 81 – Babayan, 79
23:45. Yunanıstan – Finlandiya – 2:1
Mantalos, 47, Qalanapoulos, 70 - Pukki, 27












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru