İş adamı bu dünyaca məşhur klubu almaq istəyir: 975 milyona...

28-12-2019, 01:35           
İş adamı bu dünyaca məşhur klubu almaq istəyir: 975 milyona...

Fransalı iş adamı, “Louis Vuitton” şirkətlər qrupunun prezidenti Bernard Arno “Milan” futbol klubunu almaq üçün yeni təklif irəli sürüb.

Axar.az xəbər verir ki, dünyanın ən varlı şəxslərindən olan B.Arno klubu almaq üçün bu dəfə 975 milyon avro təklif edib. Milyarder “Milan”ın hazırkı prezidenti vəzifəsini icra edən Pol Sinqerin cavabını gözləyir.

Klubun hazırkı sahibi ABŞ-ın “Elliott Management” şirkətidir. “Milan”ın əvvəlki sahibi olan çinli iş adamı Li Yonhon kredit borclarını ödəyə bilmədiyi üçün klub “Elliott Management” şirkətinin mülkiyyətinə keçib.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru