"Mançester Siti" bu mövsüm İngiltərə Premyer Liqasında 19 xal itirib

28-12-2019, 08:58           
"Mançester Siti" bu mövsüm İngiltərə Premyer Liqasında 19 xal itirib
"Vulverhempton" İngiltərə Premyer Liqasının 19-cu turunun matçında "Mançester Siti"ni qəbul edib.

"Report" xəbər verir ki, qarşılaşma Vulverhemptonun "Moline" stadionunda keçirilib və meydan sahiblərinin 3:2 hesablı qələbəsi ilə başa çatıb.

"Sky Sport" "Twitter"də bildirib ki, "şəhərlilər" bu mövsümdə Xosep Qvardiolının rəhbərliyi altında premyer liqada 19 xal itiriblər. Bu rəqəm keçən mövsümdə 16 xal olub.

"Mançester Siti" İngiltərə Premyer Liqasının 19 turunda 38 xal toplayıb. Oxşar nəticə 2016/2017-ci il mövsümündə müşahidə olunub.

"Mançester Siti" növbəti turda "Etixade"də "Şeffild Yunayted"i qəbul edəcək. Görüş bazar günü - dekabrın 29-da baş tutacaq və Bakı vaxtilə saat 22:00-da başlayacaq.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru