İngiltərə Premyer Liqası: "Mançester Siti" "Everton"a qalib gəlib

2-01-2020, 01:53           
İngiltərə Premyer Liqası: "Mançester Siti" "Everton"a qalib gəlib
Futbol üzrə İngiltərə Premyer Liqasında 21-ci turu çərçivəsində "Mançester Siti" öz meydanında "Everton"u qəbul edib.

"Report" xəbər verir ki, qarşılaşma meydan sahiblərinin 2:1 hesablı qələbəsi ilə başa çatıb.

Qarşılaşma "Etihad Stadium" stadionunda baş tutub. Meydan sahibləri matçın 51-ci dəqiqəsində hesabda irəli çıxıblar. Braziliyalı Qabriel Jezus komandasının ilk qolunu vurub. Bu qoldan 6 dəqiqə sonda "Mançester Siti" yenidən azarkeşlərini sevindirib. Meydan sahiblərinin heyətində ikinci qolu da rəqibin qapısından Qabriel Jezus vurub.

"Mançester Siti" İngiltərə Premyer Liqasının turnir cədvəlində 41 xalla 3-cü yerdə qərarlaşıb. İyirmi beş xalı olan "Everton" yarış cədvəlində 10-cu yerdədir. "Everton" mövsümün gedişində baş məşqçini dəyişib. Mark Silva istefaya göndərilib və onu Karlo Ançelotti əvəzləyib.

Qeyd edək ki, turun start matçında "Brayton end Houv Albion" "Çelsi"ni qəbul edib. Qarşılaşma 1:1 hesablı heç-heçə ilə başa çatıb.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru