Riçard Almeydanın yeni klubu bəlli oldu

22-01-2020, 00:00           
Riçard Almeydanın yeni klubu bəlli oldu
"Qarabağ"dan ayrılan Riçard Almeydanın yeni klubu açıqlanıb.
Teref.az xəbər verir ki, Azərbaycan millisinin üzvü karyerasını Birləşmiş Ərəb Əmirliklərinin “Baniyas” klubunda davam etdirəcək. Klub sosial şəbəkə hesabında yarımmüdafiəçinin transferini açıqlayıb. 31 yaşlı futbolçu ilə mövsümün sonuna qədər müqavilə imzalanıb.

Qeyd edək ki, 2012-ci ilin iyunundan “Qarabağ”da çıxış edən Riçard Almeyda 2018-ci ilin yayında “Astana”ya keçib. 2019-cu ilin yanvarında isə Ağdam təmsilçisi onu 1 illik icarəyə götürüb. "Baniyas" BƏƏ çempionatında 12 turdan sonra 11 xalla 11-ci pillədə qərarlaşıb. /Qol.az












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru