Super Liqaya son vəsiqəni verəcək oyunun finalçıları bəlli oldu

27-07-2020, 09:08           
Super Liqaya son vəsiqəni verəcək oyunun finalçıları bəlli oldu
Futbol üzrə Türkiyə Super Liqasına sonuncu vəsiqənin sahibini müəyyənləşdirmək üçün iyulun 30-da keçiriləcək final matçının iştirakçıları bəlli olub.

SİA xəbər verir ki, həlledici görüşdə “Adana Dəmirspor”la “Fatih Karagümrük” komandaları üz-üzə gələcək.

“Adana Dəmirspor” iki oyunun nəticəsinə əsasən “Bursaspor”u üstələyib – səfərdə 0:0, evdə 4:1. Doğma meydanda “Akhisarspor”la 3:3 hesablı heç-heçəyə razılaşan “Fatih Karagümrük” isə səfərdə minimal hesabla üstün olub – 1:0.

Beləliklə, bu iki qalib komanda iyunun 30-da keçiriləcək həlledici görüşə vəsiqə qazanıb. Finalda da qələbə qazanan tərəf növbəti mövsümdən Super Liqada mübarizə aparmaq hüququ qazanacaq.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru