Millətlər Liqası: Gecənin nəticələri

8-09-2020, 07:51           
Millətlər Liqası:
Bu gün UEFA Millətlər Liqasında II turun növbəti oyunları keçirilib.

A, B və C liqalarında ümumilikdə 8 qarşılaşma baş tutub.

A Liqasının I qrupunda lider Niderland doğma meydanda İtaliya ilə üz-üzə gəlib. Qonaqlar bu görüşdə minimal hesablı qələbə qazanıblar. Bu qrupun digər matçda isə Polşa səfərdə Bosniya və Herseqovinadan üstün olub.

Millimizin yer aldığı C liqasında Qazaxıstan evdə Belarusa, Albaniya isə Litvaya uduzub.

Gecənin digər oyunlarında aşağıdakı nəticələr qeydə alınıb.

Millətlər Liqası
II tur

7 sentyabr

A liqası

1-ci qrup

22:45. Bosniya və Herseqovina – Polşa 1:2

Qollar: Haris Hayradinoviç, 21 (pen.) - Kamil Qlik, 35, Kamil Qrositski, 67

22:45. Niderland – İtaliya 0:1

Qol: Nikolo Barella, 45+1

Xal durumu: İtaliya - 4, Niderland – 3, Polşa – 3, Bosniya və Herseqovina - 1



B liqası

1-ci qrup

22:45. Avstriya – Rumıniya 2:3

Qollar: Kristof Baumqartner, 17, Kərim Onisivo, 81 - Denis Alibek, 3, Draqoş Qriqore, 51, Maksim Aleksandru, 70

22:45. Şimali İrlandiya – Norveç 1:5

Qollar: Patrik Makneyr, 6 - Məhəmməd Elyunussi, 2, Erlinq Holann, 7, 58, Aleksander Sörlot, 19, 47

Xal durumu: Rumıniya – 4, Avstriya - 3, Norveç – 3, Şimali İrlandiya - 1

2-ci qrup

22:45. Çexiya – Şotlandiya 1:2

Qollar: Yaroslav Peşyek, 12 - Lindon Dayks, 27, Rayan Kristi, 52

22:45. İsrail – Slovakiya 1:1

Qol: İlay Elmkis, 90+1 - Mixal Düriş, 14

Xal durumu: Şotlandiya – 4, Çexiya - 3, İsrail - 2, Slovakiya – 1

C liqası

4-cü qrup

18:00. Qazaxıstan – Belarus 1:2

Qollar: Abat Aymbetov, 62 - Maksim Bordaçyov, 53

22:45. Albaniya – Litva 0:1

Qol: Donatas Kazlauskas, 51

Qırmızı vərəqə: Elseyid Hüsay, 87

Xal durumu: Qazaxıstan - 3, Albaniya - 3, Belarus - 3, Litva - 3

//Report












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru