AFFA söz verib, amma pul vermir

9-09-2020, 00:05           
AFFA söz verib, amma pul vermir
AFFA bir müddət əvvəl keçirdiyi təcili iclasda premyer-liqanın 4 klubuna maliyyə yardımı göstərilməsi ilə bağlı qərar qəbul etmişdi.

Həmin qərara görə “Qəbələ” və “Zirə”nin müraciətinə əsasən bu komandalara uyğun olaraq 1 milyon 500 min və 500 min manat yardım göstəriləcəkdi.

Elə həmin iclasın gedişində irəli sürülən digər təklif əsasında “Sumqayıt”a 300 min, “Səbail”ə isə 200 min manat yardım göstərilməliydi.

Görəsən, qeyd olunan məbləğlər klubların hesabına köçürülüb?

Bununla bağlı “Futbol+” qəzetinin əməkdaşları klublara sorğu göndərib. “Qəbələ” və “Zirə”nin mətbuat xidməti rəhbərlərinin sözlərinə görə, AFFA hələ də maliyyə yardımını yubadır. “Səbail” və “Sumqayıt” isə bir neçə gün ərzində bu sadə sualımıza cavab verə bilməyib. Daha doğrusu, bəlli olan mənfi cavabı səsləndirməyə cəsarətləri çatmayıb.

Fanat.az












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru