Ronaldu milli komandada 100-cü qolunu vurdu

9-09-2020, 07:36           
Ronaldu milli komandada 100-cü qolunu vurdu
UEFA Millətlər Liqasının II turunda İsveçlə səfər oyunu Portuqaliya millisinin kapitanı Kriştianu Ronaldu üçün əlamətdar olub.

"Report" xəbər verir ki, ilk hissənin sonuna əlavə olunmuş 1-ci dəqiqədə fərqlənən 35 yaşlı hücumçu yığmada 100-cü qolunu vurub.

O, bu göstəricidə yalnız İran seçməsinin Azərbaycan əsilli forvardı Əli Daeidən geri qalır. Veteran futbolçunun aktivində 109 qol var.

Qeyd edək ki, milli komandada ən çox qol vuran futbolçuların siyahısında ilk "3-lüy"ü Macarıstan yığmasının əfsanəvi hücumçusu Ferents Puşkaş tamamlayır. Braziliyalı Pele isə 77 qolla 6-cı pillədə qərarlaşıb.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru