Mollaların futbol komandası məmurlara uduzdu...-FOTO

9-09-2020, 08:22           
Mollaların futbol komandası məmurlara uduzdu...-FOTO
Rusiyanın Moskva vilayətinin Odintsovo şəhər dairəsi rəhbərliyinin və müsəlman dini icmalarının nümayəndələrinin futbol komandaları arasında yoldaşlıq matçı keçirilib.

Moderator.az Moskva vilayəti müftiyyatının saytına istinadla xəbər verir ki, idman yarışı şəhər dairə rəhbərliyi tərəfindən dövlət və dini konfessiyalar arasındakı əlaqələrin gücləndirilməsi və sağlam həyat tərzinin təbliği məqsədi ilə təşkil edilib.

Bu futbol yarışmasında məmurların komandası gərgin bir mübarizədə müsəlman ruhanilərdən, imam və mollalardan ibarət komandanı məğlub edib.

Tədbirdə məşhur idmançıların, ictimai xadimlərin, dövlət orqanları və digər dini birlik nümayəndələrinin də iştirak etdiyi qeyd olunur.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru