“Stok Siti”nin futbolçusu “Qalatasaray”da – RƏSMİ

10-09-2020, 00:05           
“Stok Siti”nin futbolçusu “Qalatasaray”da – RƏSMİ
“Neftçi”nin Avropa Liqasının 2-ci təsnifat mərhələsindəki rəqibi “Qalatasaray” heyətinə yeni oyunçu cəlb edib.

Qol.az klubun saytına istinadən xəbər verir ki, İstanbul təmsilçisi “Stok Siti”nin yarımmüdafiəçisi Oqhenekaro Etebonu icarəyə götürüb. Nigeriyalı oyunçu ilə 1 illik icarə müqavilə imzalanıb.

Bildirilir ki, Superliqa klubu futbolçuya görə İngiltərə təmsilçisinə 675 min avro ödəyəcək. Bundan əlavə, müqaviləyə əsasən, “Qalatasaray” Etebonu 7.5 milyon avro qarşılığında “Stok Siti”dən birdəfəlik transfer etmək hüququna sahibdir. Oyunçunun yeni klubunda illik maaşı isə 1.2 milyon avro olacaq.

Qeyd edək ki, Oqenekaro Etebo ötən mövsümün ikinci yarısını icarə əsasında “Xetafe”də keçirib.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru