“Qarabağ” və “Neftçi”nin matçını idarə edəcək hakimlər açıqlandı

11-09-2020, 00:13           
“Qarabağ” və “Neftçi”nin matçını idarə edəcək hakimlər açıqlandı
Futbol üzrə Azərbaycan Premyer Liqasında 2-ci turun ilk iki oyunu üçün təyinatlar açıqlanıb.

"Qafqazinfo" AFFA-nın rəsmi saytına istinadən xəbər verir ki, sentyabrın 11-də baş tutacaq “Neftçi” – “Sumqayıt” və “Keşlə” – “Qarabağ” qarşılaşmasının hakimləri artıq məlumdur.

8-ci km stadionunda keçiriləcək “Neftçi” – “Sumqayıt” oyununu Rəvan Həmzəzadə idarə edəcək. Çempion “Qarabağ”ın “ASK Arena”da bürünc mükafatçı “Keşlə” ilə duelində isə Səbuhi Bayramov ədaləti qoruyacaq.

Azərbaycan Premyer Liqası
2-ci tur
11 sentyabr

Neftçi – Sumqayıt
Hakimlər: Rəvan Həmzəzadə, Cəmil Quliyev, Vüqar Bayramov, Fərid Hacıyev.
AFFA nümayəndəsi: Asif Əliyev.
Hakim-inspektor: Rövşən Əhmədov.
Bakı. 8-ci km stadionu. Saat 19:00.

Keşlə – Qarabağ
Hakimlər: Səbuhi Bayramov, Eyyub İbrahimov, Nahid Əliyev, Rövşən Rəcəbov.
AFFA nümayəndəsi: Seymur Səlimli.
Hakim-inspektor: Ceyhun Haşımov.
Bakı. “ASK Arena”. Saat 21:00.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru