Avropa Liqası: Sloveniya klubu darmadağınla mərhələ adladı

11-09-2020, 00:15           
Avropa Liqası: Sloveniya klubu darmadağınla mərhələ adladı
UEFA Avropa Liqasında I təsnifat mərhələsindən təxirə salınmış daha bir oyun keçirilib. "Report"un məlumatına görə, Budapeştdəki "Ferents Susa" stadionunda baş tutan matçda Estoniya "Nomme Kalyu"su ilə Sloveniya "Mura"sı üz-üzə gəlib. Qarşılaşma ikincilərin 4:0 hesablı qələbəsi ilə başa çatıb.

Murska-Sobota təmsilçisinin heyətində qolları Kevin Jijyek (2), Jiqa Kous və Alen Kozar vurublar.

Qələbə sayəsində II təsnifat mərhələsinə vəsiqə qazanan "Mura" bu raundda Danimarkanın "Orxus" klubu ilə qarşılaşacaq.

Qeyd edək ki, "Nomme Kalyu" - "Mura" oyunu hər iki komandanın heyətində koronavirus aşkarlandığı üçün təxirə salınmışdı.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru