Keçmiş UFC çempionu Qetjiyə Nurməhəmmədovla döyüşməyin yolunu göstərdi

12-09-2020, 08:48           
Keçmiş UFC çempionu Qetjiyə Nurməhəmmədovla döyüşməyin yolunu göstərdi
Keçmiş UFC çempionu Henri Sexudo amerikalı Castin Qetjiyə Həbib Nurməhəmmədovla necə döyüşməli olduğu barədə tövsiyə verib.

Bu barədə “Essentially Sports” məlumat yayıb.

“Qetji üçün qələbənin açarı riskə girmək, ayaqları “loukik”lərlə məhv etmək və “teykdaun”lardan özünü qorumaqdır. Həbib oyunçudur – döyüşlərini hislər üzərində qurur. Qetjinin bir tutarlı “loukik”i döyüşün gedişini dəyişə bilər”, – deyə H.Sexudo bildirib.

Qeyd edək ki, Həbib Nurməhəmmədovla Castin Qetji arasında döyüş oktyabrın 24-də keçiriləcək.editor.az












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru