Bu gün dünyanın ən güclü çempionatlarından biri başlayır - OYUNLAR

12-09-2020, 11:12           
Bu gün dünyanın ən güclü çempionatlarından biri başlayır - OYUNLAR
Bu gün dünyanın ən maraqlı futbol çempionatlarından olan İngiltərə Premyer Liqasına start veriləcək.

2020/21 mövsümü London derbisi ilə başlayacaq. Bir illik fasilədən sonra yenidən Premyer Liqaya qayıdan “Fulhem” öz meydanında “Arsenal”ı qəbul edəcək.

Bu tur Mançester komandaları oynamayacaq. Hər iki komanda mübarizəyə II turdan qoşulacaq.

Qeyd edək ki, I turun qarşılaşmaları üç gün ərzində keçiriləcək.

İngiltərə Premyer Liqası

I tur

12 sentyabr

15:30 “Fulhem” – “Arsenal”

18:00 “Kristal Palas” – “Sauthempton”

20:30 “Liverpul” – “Lidz”

23:00 “Vest Hem” – “Nyukasl”

13 sentyabr

17:00 “Vest Bromviç” – “Lester”

19:30 “Totenhem” – “Everton”

14 sentyabr

21:00 “Şefild Yunayted” – “Vulverhempton”

23:15 “Brayton” – “Çelsi”
oxu.az












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru