Türkiyə yığması 15 illik həsrətə son qoyaraq, Almaniya ilə heç-heçə oynayıb

8-10-2020, 02:21           
Türkiyə yığması 15 illik həsrətə son qoyaraq, Almaniya ilə heç-heçə oynayıb
Türkiyə yığması Millətlər Liqası çərçivəsində keçirəcəyi növbəti oyunlar öncəsi yoldaşlıq görüşündə qüvvəsini sınayıb.

Apasport.az saytının məlumatına görə, “ay-ulduzlular” Almaniya millisinin qonağı olub.

Köln şəhərində baş tutan qarşılaşma bol qollu alınıb. Bundestim üç dəfə önə keçsə də, Ozan Tufan (50-ci dəqiqə), Efecan Karaca (67) və Kənan Karaman (90+4) hər üç halda hesabı bərabərləşdirib. Nəticədə oyun 3:3 hesabı ilə yekunlaşıb.

Bununla türkiyəlilər 2005-ci ildən bəri ilk dəfə güclü rəqibinə məğlub olmayıb və 15 illik həsrətə son qoyub. Bu müddət ərzində komandalar 3 dəfə üz-üzə gəlmiş, hamısında almanlar qələbə qazanmışdı. Maraqlıdır ki, həmin qarşılaşmalarda olduğu kimi, Bundestim yenə 3 qol vurub.

Qeyd edək ki, B liqasının 3-cü qrupunda yer alan Türkiyə yığması oktyabrın 11-də Rusiyanın qonağı olacaq, üç gün sonra isə Serbiyanı qəbul edəcək. Qardaş ölkə komandası ilk iki turda aktivinə 1 xal yazdırıb.

ApaSport












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru