“Şaxtyor”un 18 üzvündə koronavirus aşkarlandı:" Yoluxanların yarısı futbolçulardır"

9-10-2020, 00:25           
“Şaxtyor”un 18 üzvündə koronavirus aşkarlandı:"
Ukraynanın “Şaxtyor” (Donetsk) komandasının 18 nümayəndəsinin koronavirus testi müsbət çıxıb.

Məlumata görə, bu barədə klubun baş direktoru Sergey Palkin açıqlama verib.

O bildirib ki, yoluxanların yarısı futbolçular, yarısı isə əməkdaşlardır. Onların hamısı özlərini təcrid edib.

Qeyd edək ki, daha əvvəl qapıçı Andrey Pyatov və yarımmüdafiəçi Taras Stepanenkonun testi müsbət nəticələnmişdi. Bu səbəbdən, “Şaxtyor” tam tərkibdə özünütəcrid rejiminə keçmişdi. Nəticədə Donetsk komandasının oyunçuları Ukrayna yığmasına yollana bilməmişdilər/Report.












Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.