"Barselona"nın sabiq prezidentindən Ronaldu ilə bağlı ŞOK ETİRAF

14-01-2021, 10:40           
"Barselona"nın sabiq prezidentindən Ronaldu ilə bağlı ŞOK ETİRAF
"Barselona"nın keçmiş prezidenti Juan Laporta Kriştianu Ronaldu ilə bağlı maraqlı açıqlama verib.

Fanat.Az xəbər verir ki, sabiq klub rəhbəri portuqaliyalı futbolçu ilə 2003-cü ildə - "Mançester Yunayted"ə transfer olunmadan öncə müqavilə imzalamaq şanslarının olduğunu amma, anlaşma imzalamadıqlarını bildirib. Bu transfer baş tutsaydı, cəmi bir mövsüm sonra Kataloniya klubunun əsas heyətində Ronaldu və Lionel Messi birlikdə oynayacaqdı.

"Ronaldu ilə 17 milyon avro qarşılığında müqavilə imzalamaq şansım var idi, amma bunu etmədim" deyə Laporta bildirib.

Qeyd edək ki, "Mançester Yunayted" 2003-cü ildə Ronaldunu Portuqaliyanın "Sportinq" klubundan 19 milyon avroya alıb və 2009-cu ildə "Real"a 94 milyon avroya satıb. Portuqaliyalı ulduz 2018-ci ildən "Yuventus"da çıxış edir.












Teref.info © 2015
E-mail: [email protected]            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.