Buffon Ronaldonun rekordunu zarafatla təbrik etdi

22-01-2021, 05:11           
Buffon Ronaldonun rekordunu zarafatla təbrik etdi
“Yuventus”un qapıçısı Canluici Buffon komanda yoldaşı Kriştianu Ronaldunu yeni rekorda nail olması münasibətilə özünəməxsus tərzdə təbrik edib.

“Report” un məlumatına görə, Buffon bu barədə sosial şəbəkədə yazıb.

"Mənə bu iki qolu vurmaya da bilərdin! Hər halda, inanılmaz rekord münasibətilə təbrik edirəm! CR… 760!", - Buffon instaqram hesabında qeyd edib.

“Təşəkkür edirəm, əjdaha”, - Kriştianu ona belə cavab verib.

Qeyd edək ki, portuqal futbolçu İtaliya Superkubokunun “Napoli” ilə matçında karyerası ərzində 760-cı qolunu vurub.

Bu nəticə ilə Ronaldu keçmiş çexoslovakiyalı hücumçu Yozef Bitsanı üstələyib.

Qeyd edək ki, Çexiya Futbol Federasıyası Ronaldonun rekordu ilə razılaşmayıb. Qurumun nümayəndəsi bildirib ki, əslində Bitsan 759 yox, 821 qol vurub. Tarix və statistika Komitəsi əfsanəvi çex futbolçunun qollarının sayını yenidən hesablayıb.












Teref.info © 2015
E-mail: [email protected]            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.