Susmuş “ədalət keşikçiləri”, yaxud da “Millət necə tarac olur olsun”...

27-02-2021, 12:38           
Susmuş “ədalət keşikçiləri”,
Amal ABUŞOV

Həyatın hər bir sahəsində ədalətin olması mühümdü. İstər hüquq sistemində,yaxud iş yerində, istərsə də idmanda. Ədalətsizlikləqarşılaşmaq hər kəsə pis təsir edir. Kimisi ruhdan düşür, kimisi də pozulaqhaqqının bərpasına çalışır, ədalət axtarışına düşür. Haqqı yeyilən hüquqlarınıqorumaq, ədalətin keşiyində dayanmaq, onun bərpasını təmin etmək isə onunkeşikçilərinin borcudu. Məhkəmə hakimləri, hüquq-mühafizə orqanlarının əməkdaşlarıictimai həyatda bunu etməyə borclu olanlardı. İdman sahəsinin də öz hakimlərivar. Onlar ədalətli olmayanda idman prinsipləri də arxa plana keçir.

Bir vaxtlar Azərbaycan futbolunda bu sahədə ciddiproblemlər var idi. Hakimlərin əli rüşvətə bulaşmış, cibləri kirli pullarladolmuşdu. Cərimə meydançasının kənarındakı qayda pozuntusuna görə penalti təyinolunur, qapı xəttini keçməyən top qol kimi qeydə alınır, yan xətt hakiminyerli-yersiz havaya qalxan bayrağı üzündən komandalardan biri hücum qurabilmirdi. Belə hallar təkcə futbolçuları və məşqçiləri incitmirdi, azarkeşlərivə sponsorları da futboldan iyrəndirirdi. Ölkə çempionatında əyri yollarla zirvələrəyüksələnlər avrokuboklarda kötəklənir, Azərbaycanın adını batırırdı. PeşəkarFutbol Liqasının yaranması, hakimlərə bilavasitə bu qurumdan ciddi nəzarətolunması vəziyyəti dəyişdi. Yaşlı, əli rüşvətə öyrəşən, fiti haqsız qərarlarüçün çalınan hakimlər futboldan uzaqlaşdırıldı, yeni və təmiz nəslə meydanverildi. Hakimlərin qonorarları artırıldı, onlara etimad yüksəldi. Yayda vəqışda fərqli xarici ölkələrdə təlim-məşq toplanışları düzənləndi, azərbaycanlıgənclər bu toplanışlar zamanı əcnəbilərin oyunlarını idarə etməklə böyük təcrübəqazandılar.

Nəticəsini də gördük. Premyer Liqamızın oyunlarındaşəffaf idarəçiliyə, minimum hakim səhvlərinə öyrəşdik. Hətta hansısa səhvolanda da bunu insan amilinə bağlamağı bacardıq, qərəz axtarmadıq. ƏliyarAğayevin, Rəhim Həsənovun, Rza Məmmədovun səsi Avropanın fərqli ölkələrindən, məsulyarışlardan gəlməyə başladı. Artıq kimlərinsə sifarişləri keçmir, əliəyrilər,hakimlik keyfiyyəti olmayanlar oyunlardan kənarda qalırdı. Bu durum "boz bina”dahökmranlıq edənlərə xoş gəlmədi. Hakimlər Komitəsində "inqilabi” dəyişiklikləredildi. Yerli sədri çıxarıb, Avstriyadan əcnəbi Fritz Ştuxlik adlı birisini gətirdilər.Adam öz ölkəsində yaxşı ad açıxarmamışdı, gənc hakimlərin yetişməsi üçün heçbir iş görməmişdi. UEFA-dakı şəriklərinin, havadarlarının əliylə aylıq 17 minavro (təxminən 34 min manat) məvacibə onu Bakıya gətirdilər. Hələ bunun evkirayəsi, nəqliyyat xərcləri, eyş-işrət məsrəfləri də var. Bunun qarşılığındaqazancımız nə oldu?

Fritz Rəhim Həsənovla prinsip aparmağa, onu hakimlik iyrəndirməyə başladı. Rza Məmmədov FİFA dərəcəsindən məhrum edildi,böyük futboldan uzaqlaşdırıldı. Əliyar Ağayev UEFA-dan gözlədiyimiz təyinatlarıalmadı, onun Yunanıstana göndərilməsi isə gözdən pərdə asmaqdı. Hanı Ştuxlikinbeynəlxalq nüfuzu sayəsində UEFA-nın bizə artan dəstəyi? Hanı Ştuxlikin "fövqəlbacarığı” sayəsində yetişən gənc hakimlər? Yoxdu. Heç gorbagor da olmayıb.Çünki əvvəldən də yox idi. Ondan nicat umanlar isə ya böyük maxinasiyalarla məşğulolanlar idi, ya da futboldan bixəbərlər.

"Qəbələ”-"Sumqayıt” qarşılaşmasında hakim SəbuhiBayramov meydan sahiblərinin iki yüz faizlik penaltisini vermədi. Bir epizoddaElvin Bədəlov Nikolas Rayseli cərimə meydançasında yerə sərmişdi, o birində dəVüqar Mustafayev. Nə baş verir? Hakimlər də bilir ki, "Sumqayıt”ın prezidentiRiad Rəfiyev Ştuxlikin meneceridi, onların xətrinə dəymək olmaz. "Qəbələ” isəonsuz da AFFA üçün yad klubdu. Ştuxlikin devizi "Hakimlər səhv edəcək, onlardanbunu həmişə gözləyin”di. Belədə cəzasızlıq mühiti hakimlərin də başının altınayumşaq yastıq qoyur, kobud səhvə yol verən "Fritzin sevimliləri” növbəti tur daiş başında olurlar.

Ştuxlik gəldi-gedərdi, Azərbaycan hakimliyinin gələcəyionun vecinə deyil. Onun yan-yörəsində olan Elçin Məmmədovla Babək Quliyevinbaşı isə hakimiyyət davasına qarışıb. Sabirin "nə işim var?” misrası bizim "qocaman”hakimlərin dilindən düşmür, hərəsi yaxasını bir kənara çəkib, susub. Oyanın, cənablar. Azərbaycan hakimliyi məhv olur, onu məhv edirlər! Sport7.az












Teref.info © 2015
E-mail: [email protected]            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.