İbrahimoviç: "Əgər Maldini istəsə, "Milan"da qalmağa hazıram"

8-03-2021, 10:19           
İbrahimoviç:
İtaliyanın "Milan" futbol klubunun 39 yaşlı isveçli hücumçusu Zlatan İbrahimoviç komandada gələcək fəaliyyəti barədə sualı cavablandırıb.

Bu barədə “Report” “Football Italia”ya istinadən xəbər verir.

"Mən Zlatanam, məsuliyyət hiss edirəm və özümü lider hiss edirəm. "Milan" heyran qaldığım yeganə komandadır. Mən bu komandaya nəsə vermək istəyirəm, bələdçi olmaq istəyirəm.

Nə vaxt nəsə deyəndə başqaları mənə cavab verirlər: "Yaxşı, biz bunu edəcəyik". Bu gün (dünən-red) Veronada olmaq istəyirdim, mən bunu daxildən hiss edirdim. Bir günümü onlarsız keçirməyim oğullarımsız olmaq kimi bir şeydir

Növbəti mövsümdə "Milan"da qalacammı? Bilmirəm, görərik. Əgər Paolo Maldini istəsə, onda hazıram”, - İbrahimoviç deyib.

Xatırladaq ki, İbrahimoviçin "Milan"la müqaviləsi iyunun 30-da başa çatacaq. O, cari mövsümdə “qırmızı-qaralar”ın heyətində 21 görüşdə iştirak edərək, 16 qol vurub və 2 məhsuldar ötürmə edib.шаблоны для dle 11.2












Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Sayt Webmedia.az tərəfindən hazırlanmışdır.