Böyük dəbilqə: Daha iki cüdoçumuz tatamiyə çıxır

28-03-2021, 11:07           
Böyük dəbilqə:
Gürcüstanın paytaxtı Tbilisidə keçirilən Böyük Dəbilqədə bu gün Azərbaycanın son 2 cüdoçusu mübarizəyə qoşulacaq.
Yeniavaz.com xəbəbr verir ki, Aslan Mirzəyev 100 kq, Uşangi Kokauri isə 100 kq-dan yuxarı çəki dərəcəsində çıxış edəcək.
Mirzəyev 1/32 finalda qətərli Reda Nafva ilə üz-üzə gələcək. Bu görüşün qalibi növbəti mərhələdə özbəkistanlı Muzaffarbek Turoboyevə rəqib olacaq.
Kokaurinin ilk qarşılaşması isə 1/8 finala təsadüf edəcək. O, Qalimjan Krikbay (Qazaxıstan) - Cemal Erdoğan (Türkiyə) cütünün qalibi ilə görüşəcək.
Qeyd edək ki, Azərbaycan yığması Böyük Dəbilqəyə 7 kişi və 4 qadın cüdoçu ilə yollanıb. İlk 2 yarış günündə Kəramət Hüseynov (60 kq) və Murad Fətiyev (81 kq) bürünc medal qazanıb. Hazırda Azərbaycan 80 ölkə arasında 13-cüdür.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru