"Neftçi" uduzdu, "Qarabağ" lider oldu

4-04-2021, 21:41           
"Neftçi" uduzdu, "Qarabağ" lider oldu
Futbol üzrə Azərbaycan Premyer Liqasında XXI tura yekun vurulub.

Modern.az xəbər verir ki, çempionatın liderlərindən "Neftçi" "Sumqayıt"ı qəbul edib.

"Bakcell Arena"dakı qarşılaşma "gənclik şəhəri" təmsilçisinin 2:0 hesablı qələbəsi ilə başa çatıb.

"Sumqayıt"ın heyətində Rəhim Sadıxov 4-cü dəqiqədə hesabı açıb. Yarımmüdafiəçi 42-ci dəqiqədə penaltini də dəqiq yerinə yetirib.

Qələbə sayəsində 29-cu xalını qazanan "Sumqayıt" 4-cü yerdədir. "Neftçi" isə 42 xalla 2-ci yerdə qərarlaşıb.

XXI turun daha bir oyunu "Qarabağ"la "Keşlə" arasında baş tutub.

"ASK Arena"dakı qarşılaşma 1:1 hesabı ilə yekunlaşıb.

"Keşlə"nin heyətində yeganə qolu 7-ci dəqiqədə Rəhman Hacıyev vurub. 90+2-ci dəqiqədə isə Patrik Andrade penaltidən hesabı bərabərləşdirib.

Xallarının sayını 18-ə çatdıran meydan sahibləri 8-ci pillədə qalıb. "Qarabağ" isə 43 xalını qazanaraq "Neftçi"ni keçib və vahid lider olub.

Qeyd edək ki, günün digər qarşılaşmalarında "Sabah" evdə "Qəbələ"ni 1:0 hesabı ilə üstələyib. Dünən baş tutmuş "Səbail" - "Zirə" oyununda hesab açılmayıb.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru