Rusiyalı futbolçu oyun zamanı öldü - FOTO 4-04-2021, 23:23 Rusiyanın gənclərdən ibarət “Əmək nişanları” futbol komandasının üzvü Nikita Sidorov matç zamanı vəfat edib.Bu barədə ölkə KİV-i məlumat yayıb.Yayılan məlumatlara əsasən, hadisə Orexovo-Zuyevo şəhərində, “Torpedo” klubunun stadionunda baş verib. Mərhumun ölümünün ani olduğu, həkimlərin köməyə çatmadığı bildirilib. Ölümün ilkin səbəbi kimi beyin damarlarının anevrizmi göstərilib. N.Sidorovun 18 yaşında olduğu qeyd edilib. Facebook-da paylaş