İspaniya La Liqası: "Sevilya" "Atletiko"ya qalib gəldi 5-04-2021, 07:59 İspaniya çempionatının 29-cü tur oyununda "Atletiko"nun futbolçuları 0:1 hesabı ilə "Sevilya"ya məğlub olub.Trend TASS-a istinadən xəbər verir ki, görüşdə yeganə qolu 70-ci dəqiqədə Markos Akunya vurub.Madrid klubu 29 matçda 66 xal toplayaraq ölkə çempionatı cədvəlində liderliyini davam etdirir. "Sevilya" 58 xalla dördüncüdür.Növbəti turda "Atletiko" aprelin 11-də "Betis"lə qarşılaşacaq. "Sevilya" isə aprelin 12-də səfərdə "Selta" ilə qarşılaşacaq. Facebook-da paylaş