Kuman Messinin gələcəyindən danışdı

5-04-2021, 09:21           
Kuman Messinin gələcəyindən danışdı
"Barselona"nın baş məşqçisi Ronald Kuman hücumçu Lionel Messi ilə müqavilənin uzadılması ehtimalını yüksək qiymətləndirib.

Qol.az İspaniya mətbuatına istinadən xəbər verir ki, o deyib: "Bu, həqiqətən vacib bir sualdır. Leonun mümkün qədər uzun müddət klubda qalması üçün hər şeyi edəcəyik. Ancaq indi növbəti mövsüm barədə düşünməməliyik.

Sabahkı matç haqqında düşünməliyik. Gələcək isə rəhbərliyə aiddir. Bununla bağlı danışmaq yaxşıdır, amma mən və futbolçular oyunlara diqqət yetirməliyik".

Xatırladaq ki, Messinin "Barselona" ilə müqaviləsi iyunda başa çatır.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru