Dünya və üçqat Avropa çempionumuz mübarizəyə başlayır

5-04-2021, 10:50           
Dünya və üçqat Avropa çempionumuz mübarizəyə başlayır
Rusiyanın paytaxtı Moskvada keçirilən Avropa çempionatında bu gün Azərbaycanın ilk ağırlıqqaldıranı körpücük üzərinə çıxacaq.

"Report"un məlumatına görə, Boyanka Kostova qadınlar arasında 59 kq çəki dərəcəsində yarışacaq. Dünya və üçqat Avropa çempionu ən yüksək yerlər uğrunda mübarizə aparanların olduğu A qrupunda çıxış edəcək. Yarış Bakı vaxtı ilə saat 17:53-də başlayacaq.

Qeyd edək ki, Avropa çempionatında Azərbaycanın daha iki təmsilçisi aprelin 10-da qüvvələrini sınayacaq. Əliş Nəzərov 102 kq çəkidə B, Dadaş Dadaşbəyli isə A qrupunda çıxış edəcək.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru