Avropa Liqası: Həftənin futbolçusu adına namizədlər açıqlandı

16-04-2021, 07:44           
Avropa Liqası:
UEFA Avropa Liqasında həftənin oyunçusu adına namizədlər açıqlanıb. "Report" xəbər verir ki, bu, 1/4 final mərhələsinin cavab görüşlərindən sonra müəyyənləşib.

Namizədlər siyahısına İngiltərə "Arsenal"ının yarımmüdafiəçisi Bukayo Saka, İtaliyanın "Roma" klubunun hücumçusu Edin Ceko, İspaniya "Vilyarreal"ının forvardı Jerar Moreno və İngiltərə "Mançester Yunayted"inin müdafiəçisi Aaron Van-Bissaka düşüb.

Saka Çexiyanın paytaxtı Praqada "Slaviya"nı 4:0, Van-Bissaka isə evdə İspaniya "Qranada"sını 2:0 hesabı ilə yendikləri oyunda qollardan birinin müəllifi olub. Ceko evdə Niderland "Ayaks"ı ilə 1:1 hesablı heç-heçə, Moreno isə Xorvatiyanın "Dinamo" (Zaqreb) klubunu 2:1 hesabı ilə məğlub etdikləri görüşdə fərqlənib.

Qalibin adı UEFA-nın rəsmi saytında səsvermə yolu ilə müəyyənləşəcək.

Qeyd edək ki, yarımfinalda "Vilyarreal" "Arsenal"a, "Roma" isə "Mançester Yunayted"ə rəqib olub.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru