Məşhur idmançı "Mançester Yunayted"in sahibi ola bilər
21-04-2021, 08:40
UFC-nin 2 çəki dərəcəsi üzrə sabiq çempionu Konor Makqreqor "Mançester Yunayted"in səhmlərini almağa hazırdır.
Qol.az xəbər verir ki, bu barədə irlandiyalı idmançı özünün "Tvitter" hesabında yazıb: Uşaqlar, Mançester Yunaytedi satın almağı düşünürəm. Nə fikirləşirsiniz?".
Qeyd edək ki, klubun hazırkı sahibləri, amerikalı iş adamları Qleyzer ailəsi 2005-ci ildə 790 milyon funt-sterlinqə "Mançester Yunayted"i alıblar. Mətbuatda Avropa Superliqası ləğv olunacağı təqdirdə, Qleyzer ailəsinin klubun səhmlərini satmağa hazır olacağı yazılıb.