Avropa Super Liqasının fəaliyyəti rəsmən dayandırıldı

21-04-2021, 09:23           
Avropa Super Liqasının fəaliyyəti rəsmən dayandırıldı
Avropa Super Liqasının layihəsi İngiltərənin 6 futbol komandasının yarışdan çıxmasından sonra təkrar nəzərdən keçiriləcək.

Bu barədə təşkilata istinadən “Associated Press” agentliyi bildirib.

“Mövcud şərtləri nəzərə alaraq, layihəni dəyişdirmək üçün ən uyğun addımları nəzərdən keçirməliyik”, – deyə təşkilatın məlumatında bildirilib: “İngiltərə klublarının təzyiq altında etdikləri açıqlamalarına baxmayaraq, təklifimizin Avropa qanunvericiliyi və qaydalarına tam uyğun olmasına əminik”.

Qeyd edək ki, daha əvvəl İngiltərənin “Arsenal”, “Liverpul”, “Mançester Siti”, “Mançester Yunayted”, “Tottenhem” və “Çelsi” komandaları Super Liqadan çıxdıqlarını elan ediblər. “Sky Sport” idman telekanalının məlumatına görə, tezliklə İtaliyanın “Milan” və “İnter” komandaları da Super Liqanı tərk edəcəklər.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru