"Mən tək, siz hamınız" - Qurbanov ermənipərəstlərə meydan oxudu

6-08-2021, 12:46           
"Mən tək, siz hamınız" -
Jurnalist Ceyhun Rzayev Kiprdə "Qarabağ"ın baş məşqçisi Qurban Qurbanova qarşı təxribatdan danışıb.

Kiprə ezam olunmuş media nümayəndəsi meydanda yaşananları belə şərh edib:

"Stadionda azarkeşlər bizimkiləri söyür, meydana müxtəlif əşyalar atır, AEL-in nümayəndəsi və futbolçusu Qurban Qurbanovun üzərinə yeriyir. Aranın qarışdığını görən hakim oyunu saxladı. Hamı tuneldən içəri daxil olub paltardəyişmə otağına yollandı. Bizimkilər də, kiprlilər də. Bir də nə görsəm yaxşıdır? Qurban müəllim meydandadır. Tək özü, yanında heç kim yox. Dik duruşla, qartal baxışla minlərlə ermənipərəst yunana baxırdı. Qürurverici, fəxrediləsi mənzərə idi. Adam bütün yunan Kiprinə meydan oxudu: Mən tək, siz hamınız! Ruslar da bir ifadə var - лицо нации. Qurban Qurbanov millətin siması, fəxarət tablosudur!"

Xatırladaq ki, Konfrans Liqası turniri çərçivəsində "Qarabağ" səfərdə AEL-in qonağı olub. Təmsilçimiz səfərdə heç-heçə elə sərfəli nəticə əldə edib (1:1).












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru