Tokio-2020: Braziliya millisi ardıcıl ikinci dəfə olimpiya çempionu olub

7-08-2021, 18:47           
Tokio-2020: Braziliya millisi ardıcıl ikinci dəfə olimpiya çempionu olub
Futbol üzrə Braziliya millisi Tokio-2020 Yay Olimpiya Oyunlarının qalibi olub.

"Report"un məlumatına görə, "sambaçılar" finalda İspaniya ilə üz-üzə gəlib.

Qarşılaşmanın əsas vaxtı 1:1 hesabı ilə yekunlaşıb. 45+2-ci dəqiqədə Mateus Kunya hesabı açıb. 61-ci dəqiqədə isə Mikel Oyarsabal bərəbərlik qoluna imza atıb. Cənubi Amerika təmsilçisinin heyətində Malkom 108-ci dəqiqədə qələbə qolunu vurub.

Beləliklə, Braziliya seçməsi olimpiya çempionu olub. Komanda 2016-cı ildə də qızıl medal qazanmışdı.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru