“Qarabağ” və Qurbanova qarşı təxribat… – UEFA-dan cavab

9-08-2021, 21:40           
“Qarabağ” və Qurbanova qarşı təxribat… – UEFA-dan cavab
Xəbər verdiyimiz kimi, avqustun 5-də baş tutan UEFA Konfrans Liqasının üçüncü təsnifat mərhələsində “Qarabağ”ın AEL-lə səfər oyununda xoşagəlməz hadisə yaşanmışdı. Yerli azarkeşlər oyun boyu “Qarabağ”ın ehtiyat oyunçuları və məşqçilər korpusuna qarşı qeyri-etik şüarlar səsləndirmişdilər. 90+3-cü dəqiqədə Abdullah Zubirin bərabərlik qolunu vurmasından sonra isə kiprli fanatlardan biri "Qarabağ"ın baş məşqçisi Qurban Qurbanova qarşı təxribat xarakterli hərəkətlər etmişdi.

Bəs, insidentlə bağlı UEFA hansı tədbir görəcək?

UEFA-nın Media və ictimaiyyətlə əlaqələr bölməsindən Axar.az-ın sorğusuna cavab olaraq bildirilib ki, UEFA İntizam Reqlamentinin 55-ci maddəsinə əsasən aşağıdakı intizam prosesinə başlanılıb.

AEL Limassol FK-yə qarşı irəli sürülən ittihamlar aşağıdakılardır:

1) Meydançaya yad cismlərin atılması - Maddə 16 (2) (b);

2) Azarkeşlərin özbaşınalığı - Maddə 16 (2) (h).

Cavabda bildirilib ki, UEFA Nəzarət, Etika və İntizam Komitəsi bu barədə yaxın vaxtlarda öz yekun qərarını açıqlayacaq.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru