Zaqreb Qran-prisi: Azərbaycan cüdoçusu yarımfinala yüksəlib

25-09-2021, 17:09           
Zaqreb Qran-prisi: Azərbaycan cüdoçusu yarımfinala yüksəlib
Azərbaycan cüdoçusu Hidayət Heydərov Xorvatiyanın paytaxtı Zaqrebdə keçirilən Qran-pridə mübarizəya başlayıb.

"Report"un məlumatına görə, 73 kq-da çıxış edən idmançı 1/16 finalda israilli Yonatan Elbaz, növbəti mərhələdə isə moldovalı Petru Pelivana ipponla qalib gələrək, 1/4 finala yüksəlib. Onun bu raunddakı rəqibi Rumıniya təmsilçisi Aleksandru Rayku olub. Bu dəfə də ipponla qələbə qazanan Heydərov yarımfinala vəsiqə qazanıb.

Qeyd edək ki, Azərbaycanın digər təmsilçisi Məmmədəli Mehdiyev (90 kq) isə ilk görüşünü sentyabrın 26-da keçirəcək. O, 1/8 finalda polşalı Sebastian Oldakla üz-üzə gələcək.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru