Salah: “İngilis dilini bilmədiyim üçün...”

5-03-2022, 09:45           
Salah: “İngilis dilini bilmədiyim üçün...”
“Liverpul”un misirli hücumçusu Məhəmməd Salah həyatdakı hədəflərindən danışıb.

29 yaşlı futbolçu qeyd edib ki, əsas məsələ insanları xəyal etdiklərinə nail olmaq qabiliyyətinin onlarda olduğuna inandırmaqdır:

“İsveçrəyə gedəndən bəri bunu hədəfləyirdim. İngilis dilini bilmədiyim üçün həyat asan deyildi. Özümdən sual verdim: Digərləri kimi Misirə qayıtmağa dəyərmi, yoxsa qalıb uğur qazanmaq daha yaxşıdır?”.

Futbolçu qeyd edib ki, ona uğur qazandıran əsas məqam şəxsi bacarıqları üzərində çalışması olub.

“6-7 il əvvəl Misirdə dünyanın ən yaxşıları ilə rəqabət apara biləcək futbolçumuz olub-olmadığı soruşulsaydı, hamı yox cavabını verərdi. İndi hər şey fərqlidir. Bu mənim həyatda əsas məqsədim olub”, - deyə Məhəmməd Salah vurğulayıb.

Mənbə: DMC












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru