Klarens Zeedorf müsəlman oldu

5-03-2022, 10:08           
Klarens Zeedorf müsəlman oldu
Uzun illər İtaliyanın “Milan” komandasında çıxış edən niderlandlı keçmiş futbolçu Klarens Zeedorf müsəlman olduğunu açıqlayıb.

“İslam ailəsinə qoşulmağım münasibətilə məni təbrik edən hər kəsə təşəkkür edirəm”, - deyə o, paylaşım edib.

Futbolçu İslamı qəbul etdiyi üçün çox xoşbəxt olduğunu bildirib. O, həmçinin İslamı özünə tanıtdığı və öyrətdiyinə görə sevgilisi Sofiyaya xüsusi təşəkkür edib.

Müsəlman olduğu üçün yeni ad istifadə etməyəcəyini bildirən Zeedorf, valideynlərinin verdiyi adı istifadə etməyə davam edəcəyini deyib.

Qeyd edək ki, Zeedorf futbolçu karyerası ərzində ölkəsinin “Ayaks”, İspaniyanın “Real Madrid”, İtaliyanın “Sampdoriya”, “İnter”, “Milan” və Braziliyanın “Botafoqo” klublarında çıxış edib.

Mənbə: “Anadolu”












Teref.info © 2015
E-mail: [email protected]            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.