Konor Makqreqordn təklif: "Çelsi klubunu 1.5 milyarda alıram.."

5-03-2022, 11:28           
Konor Makqreqordn təklif: "Çelsi klubunu 1.5 milyarda alıram.."
“Ultimate Fighting Championship (UFC)” yarışının irlandiyalı MMA döyüşçüsü Konor Makqreqor Londonun Çelsi klubunu almağa hazır olduğunu bildirib.

Redaktor.az xəbər verir ki, döyüşçü bununla bağlı “Twitter” hesabında məbləği açıqlayıb.

"Mən 1,5 milyard funt-sterlinq təklifini irəli sürürəm",- deyə Makqreqor bildirib.

“Zadəgan”ların hazırkı sahibi 2003-cü ildə "Çelsi"ni 140 milyon funta satın alan Roman Abramoviçdir. O vaxtdan bəri London klubu beş dəfə İngiltərə Premyer Liqasının, iki dəfə Çempionlar Liqasının və Avropa Liqasının qalibi, beş dəfə İngiltərə Kubokunun, üç dəfə İngiltərə Liqa Kubokunun qalibi olub. Fevral ayında İngiltərə təmsilçisi Klublararası Dünya Kubokunun qalibi olub.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru