Azərbaycan qılıncoynadanı qızıl medal qazandı

6-03-2022, 00:05           
Azərbaycan qılıncoynadanı qızıl medal qazandı
Azərbaycan qılıncoynadanı Anna Başta Yunanıstanın paytaxtı Afinada keçirilən Dünya Kubokunun mərhələ yarışında qızıl medal qazanıb.

Mübarizəyə əsas mərhələdən qoşulan milli komandanın lideri ilk görüşündə ispaniyalı Selia Suensa Perezə 15:8 hesabı ilə qalib gəlib.

O, ən güclü “16-lığ”a yüksəlmək uğrunda keçirilən qarşılaşmada italiyalı Rebekka Qarqanonı 15:13 hesabı ilə məğlub edib. Növbəti mərhələdə Macarıstan idmançısı Renata Katonanı (15:13) mübarizədən kənarlaşdıran Başta yarımfinala vəsiqə uğrunda fransalı Sara Noutça ilə üz-üzə gəlib. Rəqibi üzərində 15:11 hesablı qələbə qazanan qılıncoynadan yarımfinalda polşalı Silvia Matuszaka da şans verməyib - 15:13.

Onun finaldakı rəqibi ispaniyalı Lusia Martin-Portuges olub. Rəqibini 15:12 hesabı ilə məğlub edən Başta cari mövsüm ardıcıl ikinci Dünya Kubokunun qalibi olub.

Qeyd edək ki, Anna Başta daha əvvəl Bolqarıstanın Plovdiv şəhərində keçirilmiş Dünya Kubokunun mərhələ yarışında qadın sablyaçıların şəxsi mübarizəsində qızıl medal qazanıb












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru