Mahir Emreli Xorvatiya çempionatında debütünü darmadağınla qeyd edib

6-03-2022, 00:05           
Mahir Emreli Xorvatiya çempionatında debütünü darmadağınla qeyd edib
Azərbaycan millisinin futbolçusu Mahir Emreli Zaqreb "Dinamo"sunun heyətində Xorvatiya I liqasında debüt edib.

25 yaşlı hücumçu evdə "Şibenik"ə qarşı keçirilən XXVI tur matçının iştirakçısı olub.

Paytaxt klubunda ilk dəfə start heyətində meydana çıxan forvard 60-cı dəqiqədə Komnen Andriçlə əvəzlənib. Emreli birinci hissədə "Dinamo"da ilk qolunu vurmağa yaxın olsa da, qüvvətli zərbəsindən sonra top qapı tirinə tuş gəlib.

Oyun Zaqreb təmsilçisinin 3:0 hesablı qələbəsi ilə yekunlaşıb. Qolları 16-cı dəqiqədə Petar Boçkay, 59-cu dəqiqədə Bruno Petkoviç və 76-cı dəqiqədə Martin Baturina vurublar.

Qeyd edək ki, Mahir Emreli qış fasiləsində "Dinamo" ilə 4,5 illik müqavilə imzalayıb.

Cebhe.info












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru