“Real” darmadağınla liderliyini möhkəmləndirdi

6-03-2022, 09:30           
“Real” darmadağınla liderliyini möhkəmləndirdi
La Liqanın 27-ci turunda lider Madrid “Real”ı “Real Sosyedad”ı evində qonaq edib.

Qarşılaşmaya qonaqlar fəal başlayıb. Artıq 10-cu dəqiqədə M.Oyarzabal penalti zərbəsindən hesabı açıb.

Ev sahibləri buna yalnız 30 dəqiqə sonra E.Kamavinqanın qolu ilə cavab verə biliblər. Üç dəqiqə sonra isə L.Modriç ilk hissənin yekun hesabını müəyyənləşdirib.

İkinci hissədə hücumlarının kəsərini artıran “Real” 69-cu dəqiqədə fərqlənsə də K.Benzemanın qolu ofsayd səbəbilə ləğv edilib.

Lakin fransalı 75-ci dəqiqədə adını tabloya yazdıra bilib. Penalti zərbəsindən fərqlənən futbolçu hesabı 3-1-ə çatdırıb.

Qarşılaşmanın 79-cu dəqiqəsində M.Asensio hesab arasındakı fərqi üç topa çıxarıb.= 4:1.

Qeyd edək ki, “Real” hazırda 63 xalla turnir cədvəlində ilk pillədə qərarlaşıb. İkinci “Sevilya”nın 55, üçüncü “Betis”in isə 46 xalı var.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru