Romada futbol matçı zamanı stadionun üzərindən asteroid keçib - VİDEO

7-03-2022, 10:25           
Romada futbol matçı zamanı stadionun üzərindən asteroid keçib - VİDEO
İtaliyada futbol matçı zamanı maraqlı hadisə olub.

Belə ki, A Seriyasının XXVIII turunun “Roma” – “Atalanta” matçında görüşün keçirildiyi “Olimpiko” stadionunun üzərindən asteroid uçub.

Azarkeşlərdən bəziləri həmin anları videoya çəkə biliblər. Görüntülər sosial şəbəkələrdə böyük marağa səbəb olub.

Qeyd edək ki, “Roma” – “Atalanta” matçı meydan sahiblərinin 1:0 hesablı qələbəsi ilə yekunlaşıb.












Teref.info © 2015
E-mail: [email protected]            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.