FIFA Rusiya və Ukraynanın pley-off oyunları ilə bağlı qərarını açıqlayıb

9-03-2022, 08:05           
FIFA Rusiya və Ukraynanın pley-off oyunları ilə bağlı qərarını açıqlayıb
Polşa yığması futbol üzrə 2022-ci il dünya çempionatının pley-off mərhələsində finala vəsiqə qazanıb. "Report"un FIFA-nın rəsmi saytına istinadən məlumatına görə, bu qərar Rusiya milli komandasının bütün beynəlxalq turnirlərdən kənarlaşdırılması ilə əlaqədar verilib.

Polşa DÇ-2022-yə vəsiqə uğrunda son görüşdə İsveç - Çexiya matçının qalibi ilə üz-üzə gələcək.

Digər tərəfdən, FIFA pley-offun Ukrayna və Şotlandiya milliləri arasındakı yarımfinal oyununu iyuna təxirə salıb. Bu addım Ukrayna tərəfinin xahişindən sonra atılıb. Finala vəsiqə uğrunda digər qarşılaşma Uels və Avstriya arasında olacaq.

Qeyd edək ki, DÇ-2022-nin püşkü aprelin 1-də Qətərin paytaxtı Dohada atılacaq.












Teref.info © 2015
E-mail: [email protected]            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.