Uels – Avstriya matçının vaxtı bilindi, Polşa yığması DÇ-2022-də pley-offun finalına çıxdı - YENİLƏNİB

9-03-2022, 07:38           
Uels – Avstriya matçının vaxtı bilindi, Polşa yığması DÇ-2022-də pley-offun finalına çıxdı - YENİLƏNİB
FIFA Rusiya və Ukraynanın pley-off oyunları ilə bağlı qərarını açıqlayıb.

Qərara əsasən, Polşa yığması futbol üzrə 2022-ci il dünya çempionatının pley-off mərhələsində finala vəsiqə qazanıb.

FIFA-nın rəsmi saytında yerləşdirilən məlumatda bildirilib ki, qərar Rusiya milli komandasının bütün beynəlxalq turnirlərdən kənarlaşdırılması ilə əlaqədar verilib.

Beləliklə də, Polşa DÇ-2022-yə vəsiqə uğrunda son görüşdə İsveç - Çexiya matçının qalibi ilə üz-üzə gələcək.

Bununla yanaşı, FIFA pley-offun Ukrayna və Şotlandiya milliləri arasındakı yarımfinal oyununu iyuna keçirib. Bu addım Ukrayna tərəfinin xahişindən sonra atılıb.

Qeyd edək ki, finala vəsiqə uğrunda digər qarşılaşma Uels və Avstriya arasında olacaq. Oyun əvvəlcədən nəzərdə tutulan tarixdə, yəni martın 24-də keçiriləcək.

22:26

Futbol üzrə dünya çempionatının pley-off mərhələsinin yarımfinal oyunlarından biri olan Şotlandiya – Ukrayna matçı təxirə salınıb.

Oxu.Az xəbər verir ki, martın 24-də Şotlandiyanın Qlazqo şəhərində baş tutmalı olan matç Ukrayna millisinin ölkəsində gedən müharibəyə görə oyuna gələ bilməməsi (23 futbolçudan 15-i yerli çempionatda çıxış edir – S.M.) ilə əlaqədardır.

Bu səbəbdən də eyni gündə Kardifdə baş tutmalı olan digər yarımfinal oyunu – Uels - Avstriya matçının da vaxtı dəyişdiriləcək. Hazırda yeni tarix barədə müzakirələr gedir. UEFA Millətlər Liqası turnirinin iyunda başlayacağını nəzərə alsaq, həmin vaxtadək bu matçlar baş tutmalıdır.

Qeyd edək ki, Qətərdə keçiriləcək dünya çempionatı 21 noyabr -18 dekabr tarixləri ərzində keçiriləcək.

Səbuhi Musa












Teref.info © 2015
E-mail: [email protected]            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.